Gəncədə avtomobil piyadanı vurub

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Avtomobil yolu qarşı tərəfə keçmək istəyən (şəxsiyyəti dəqiqləşdirilir-red) piyadanı vurub.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Piyadanın şəxsiyyəti hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər