Gəncədə avtomobil piyadanı vurub

Gəncə şəhərində 35 yaşlı piyadanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Yolu qarşı tərəfə keçmək istəyən, 1984-cü il təvəllüdlü Elgün Tağıyevi "Volkswagen-Passat" markalı avtomobil vurub. Piyada xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26