Gəncədə avtomobil piyadanı vurub

Gəncə. 20 sentyabr. REPORT.AZ/ Gəncədə avtomobil piyadanı vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində baş verib.

Belə ki, yük avtomobili 1986-cı il təvəllüdlü Yüsibov Cavanşır Ağəli oğlunu vurub. Nəticədə o, ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54