Gəncədə avtomobil piyadanı vurdu

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən kişini (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27