Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Cəlil Cənnətovu minik avtomobili vurub.

Yaralı aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37