Gəncədə avtomobil piyadanı vuraraq öldürüb 

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən, 1947-ci il təvəllüdlü Həmzə Yusubovu "BMW" markalı avtomobil vurub.

Piyada aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02