Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə Şəhər Təhsil İdarəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1974-cü il təvəllüdlü Vüsal Abbasəli oğlu Əhmədovu avtomobil vurub. O, ağır halda xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər