Gəncədə avtomobil mağazaya çırpılıb - FOTO

Gəncə şəhərində yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 

Belə ki, "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq mağazaya çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, yaşlı sürücü həyəcan keçirib, mağazaya və nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54