Gəncədə avtomobil aşıb, xəsarət alanlar var

Gəncədə avtomobilin aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Ramal Xuşacarxın idarə etdiyi avtomobil aşıb. Nəticədə sürücü və avtomobildə olan bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəza ilə bağlı araşdırma başlanılıb.

Digər xəbərlər

Zaqatalada zəlzələ olub 01 oktyabr, 2026 / 14:59