Gəncə şəhərində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, qəza Yeni Gəncə qəsəbəsindəki 28 May küçəsində baş verib.
Belə ki, "Lada Priora" markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 2001-ci il təvəllüdlü Bayramov Rəşad Elşad oğlu və İmamverdi Allahverdiyev adlı şəxs dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.