Gəncədə avtomat silahı 2 min manata satan şəxs tutulub

Bakı. 13 yanvar. REPORT.AZ/ Gəncədə avtomat silahı 2 min manata satmaq istəyən şəxs tutulub.

"Report" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunan Zeynalabdin Əzimov Gəncə şəhəri ərazisində "AK" markalı silahı və 17 ədəd patronu 2000 manata satarkən tutulub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47