Gəncədə atasını bıçaqlayan oğul tutulub

Gəncə. 19 iyul. REPORT.AZ/ Gəncədə atasını bıçaqlayan oğul saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Bayram Yadulla oğlu Ağayev qarın nahiyəsindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar nəticəsində onu öz oğlu 1997-ci il təvəllüdlü Cavid Ağayev tərəfindən bıçaqladığı məlum olub. C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47