Gəncədə ata və oğlunu maşın vurub

Gəncə şəhərində ata və oğlunu maşın vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü İsgəndərov Ceyhun Tahir oğlu və onun 6 yaşlı oğlu Tunar İsgəndərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafidir.

Məlumata görə, qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02