Gəncədə ata və oğlu bıçaqlanıb 

Gəncə şəhərində mübahisə zəminində 2 nəfər bıçaq xəsarəti alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, bir neçə nəfər arasında düşmüş mübahisə zəminində, 1971-ci il təvəllüdlü X.Əliyev ayağından, onun oğlu 1999-cu il təvəllüdlü V.Əliyev isə qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26