Gəncədə ata maşınla 2 yaşlı oğlunun üstündən keçərək onu öldürüb

Gəncə. 9 mart. REPORT.AZ/ Gəncədə ata avtomobilini arxaya verərkən 2 yaşlı oğlunun üstündən keçərək onu öldürüb.

"Report"un Qərb bürosu xəbər verir ki, şəhər sakini, Səbuhi İsmayılov idarə etdiyi "QAZel" markalı avtomobillə ehtiyatsızlıqdan 2 yaşlı oğlu İsmayıl İsmayılovu vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər