Gəncə. 4 oktyabr. REPORT.AZ/ Gəncə şəhərindəki “İmamzadə”məscid-kompleksində Aşura günü ictimai asayişi pozan və polisin qanuni tələblərini yerinə yetirməyən 4 nəfər saxlanılıb.
“Report”un Qərb bürosunun məlumatına görə, onlar barəsində Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.
Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.