Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1992-ci il təvəllüdlü A.Rəhimovanın kəsici-deşici alətlə bədən xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

"Report"un Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tural Rəhimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir

Digər xəbərlər

Zirədə söhbətgah yanıb 09 fevral, 2026 / 08:48