Gəncə şəhərində ahıl kişi evində ölü halda tapılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Azərbaycan əsgəri küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü M.Rəsulovun meyiti yaşadığı evin vanna otağında aşkarlanıb.
Onun bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi ehtimal olunur.
Faktla bağlı araşdırmalara başlanılıb.