Gəncədə 84 yaşlı qadını avtomobil vurub

Gəncə. 6 dekabr. REPORT.AZ/ Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1934-cü il təvəllüdlü Familə Xəlil qızı Rüstəmovanı avtomobil vurub.

Qadın qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27