Gəncədə 66 yaşlı qadını avtomobil vurub

Gəncə. 16 fevral. REPORT.AZ/ Gəncə şəhərində 66 yaşlı piyadanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. 

Belə ki, yolu keçmək istəyən Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Hamayıl Məmmədəli qızı Cəfərovanı "VAZ-2107" markalı avtomobil vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54