Gəncə. 1 noyabr. REPORT.AZ/ Gəncə şəhərində 59 yaşlı qadın intihar edib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsi 301 ünvanında qeydə alınıb. Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Familə Cəmşid qızı Məmmədova özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.