Gəncədə 58 yaşlı qadın qətlə yetirilib 

Gəncədə qətl hadisəsi törədilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Kəpəz rayonunda yerləşən, 38 saylı hərbi şəhərcikdə baş verib.

Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Məmmədova Sücayət Əli qızı bıçaqla qətlə yetirilib.

Onun qonşusu, 1980-ci il təvəllüldü Əhmədova Məhəbbət Qədir qızı tərəfindən qətlə yetirilməsi şübhəli bilinir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər