Gəncədə 58 yaşlı qadın özünü asaraq intihar edib

Gəncə. 10 noyabr. REPORT.AZ/ Gəncə şəhərində intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon sakini, 1960-cı il təvəllüdlü Brilliant Abbasova Gəncə şəhərində yaşadığı evin çardağından özünü mələfə ilə asaraq intihar edib.

Onun özünü öldürməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər