Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Ş.İ.Xətai prospekti ilə H.Əliyev prospektinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan, "VAZ-2106" markalı avtomobil, yolu keçmək istəyən Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Nəbi Abdullayevi vurub. Qəza nəticəsində piyada müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.