Gəncə şəhərində yerli sakin ehtiyatsızlıqdan xəsarət alaraq xəstəxanalıq olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Q.Atakişiyevin ürəyinə yaxın nahiyəsini şüşə kəsib. 52 yaşlı kişi ciddi kəsik xəsarəti alıb.
Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır hesab olunur.
Onun ehtiyatsızlıqdan xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.