Gəncədə 50 yaşlı kişi intihar edib

Gəncə şəhərində yerli sakin intihar edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Z.Hacıyev küçəsində qeydə alınıb. 

Belə ki, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Tofiq Cəlal oğlu Qurbanov yaşadığı evin həyətində özünü ağacdan asaraq intihar edib.

Onun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər