Gəncədə 5 otaqlı ev yanıb

Bakı. 15 avqust. REPORT.AZ/ Gəncə şəhərində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə şəhərin Nizami rayonunda qeydə alınıb.

Belə ki, rayonda vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan kürsülü 5 otaqlı yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb və yüksək temperaturdan evin plastikdən ibarət qapısı qismən əriyib.

Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05