Gəncədə 48 yaşlı kişi bıçaqlanıb

Gəncə şəhərində 48 yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1974-cü il təvəllüdlü Ə.Həsənov mübahisə zəminində 2 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Onu bıçaqlamaqda kürəkəni, 1997-ci il təvəllüdlü M.Babayev şübhəli bilinir. M.Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər