Gəncə. 9 iyul. REPORT.AZ/ Gəncədə 45 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər Təcrübə Zavodunun binasında baş verib.
Beləl ki, şəhər sakini, 1972-ci il təvəllüdlü Hüseynov Kamil Cəmil oğlu ehtiyatsızlıqdan ikinci mərtəbənin nərdivanından birinci mərtəbəyə yuvarlanıb. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.