Gəncədə 4 nəfər dəm qazından zəhərlənib, ölən var

Gəncə şəhərində 4 nəfər mənzildə dəm qazından zəhərlənib, onlardan biri ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 2020-ci il təvəllüdlü Musayeva Zəhra Rəsul qızı xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.

Bildirilib ki, 2015-ci il təvəllüdlü Musayeva Zeynəb Rəsul qızı, 2018-ci il təvəllüdlü Musayeva Dərya Tural qızı və 2019-cu il təvəllüdlü Musayeva Fatimə Tural qızı Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib, vəziyyətləri kafi və orta ağır olaraq qiymətləndirilir.

Məlumata görə, qaz sobasının sönməsi nəticəsində sızma baş verib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Meyxanaçı Ağakərim dəfn edilib 20 dekabr, 2025 / 11:46