Gəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada ölüb

Gəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada ölüb.

"Report" xəbər verir ki, avqustun 13-də 1998-ci il təvəllüdlü Məmmədov Hüseyn Bəhrəm oğlu idarə etdiyi "Mercdes" markalı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən 1962-ci il təvəllüdlü Quliyeva Mehriban Əli qızını vurub.

Qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Mehriban Quliyeva ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37