Gəncədə 37 yaşlı elektrik yanıq xəsarəti alıb - YENİLƏNİB

Gəncə şəhərində "Azərenerji"nin əməkdaşı iş zamanı yaralanıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü İlkin Abbasov elektrik işi görən zaman ehtiyatsızlıqdan naqillər arasında baş vermiş qısaqapanma zamanı yanıq xəsarətləri alıb. 

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.


*** 10:02

Yanıq xəsarət alan Gəncə şəhər sakini xəstəxanada ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu gün səhər saatlarında Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə bir nəfər gətirilib. 37 yaşlı kişinin harda və necə yanıq xəsarətləri alması ilə bağlı hələlik məlumat yoxur. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər