Gəncədə 24 yaşlı qadın intihara cəhd edib

Gəncə. 6 dekabr. REPORT.AZ/ Gəncədə qadın özünü zəhərləyib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Alnağıyeva Aygün Zahir qızı sirkə turşusu içərək özünü zəhərləyib.

O, xəstəxanaya yerləşdirilib. A. Alnağıyevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər