Gəncədə 24 yaşlı gənc bıçaqlanıb

Gəncə. 29 mart. REPORT.AZ/ Gəncədə yerli sakin bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib. 

Belə ki, qəsəbə sakini, 24 yaşlı Əkbərov Muzamil İlham oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Qarın nahiyəsindən bıçaqlanan şəxsin hansı şəraitdə və kim tərəfindən xəsarət aldığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər