Gəncədə 22 yaşlı piyadanı avtomobil vurub 

Gəncədə piyadanın xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində, marketlərin birinin qarşısında qeydə alınıb.

Məlumata görə, şəhər sakini, 22 yaşlı G.Süleymanova yolu qarşı tərəfə keçmək istəyən zaman onu avtomobil vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45