Gəncədə 21 yaşlı gənc bıçaqlanıb

Gəncə. 24 noyabr. REPORT.AZ/ Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Tahir Hilal oğlu Qasımov bud nahiyəsindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Onun kim tərəfindən və hansı səbəbə görə bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər