Gəncədə 2 yaşlı uşaq ikinci mərtəbədən yerə düşüb

Gəncə. 18 iyul. REPORT.AZ/ Gəncə şəhərində 2 yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, körpə yaşadığı evin ikinci mərtəbəsindən hələ ki məlum olmayan səbəbdən yerə düşüb.

Körpə xəstəxanaya aparılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər