Gəncədə 2 piyadanı avtomobil vurub

Gəncə şəhərində 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev Prospektində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən, 2004-cü il təvəllüdlü G.Osmanova və onun həmyaşıdı R.Məmmədovanı avtomobil vurub.

Onların hər ikisi xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08