Gəncədə 2 nəfər bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Abbasov Niyazi Murad oğlu və onun həmyaşıdı Abbasov Xaləddin Murad oğlu bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Onların kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29