Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şərq çıxışında qeydə alınıb. İki minik avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü İ.Hüseynov və 1970-ci il təvəllüdlü Y.Əmirov xəsarət alıb. Hər ikisi şəhər ərazisindəki xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər