Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gülüstan qəsəbəsində, marketlərin birinin önündə qeydə alınıb.

"VAZ" markalı avtomobilin digər minik avtomobili lə toqquşması nəticəsində 1985-ci il təvəllüdlü E.Məmmədov və daha bir şəxs xəsarət alıb.

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14