Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var 

Gəncə şəhərində, Şah İsmayıl Xətai prospektində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1951-ci il təvəllüdlü X.Nəsirova və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər