Gəncədə 2 avtomobil toqquşub, xəsarət alan var

Gəncə. 11 fevral. REPORT.AZ/ Gəncə şəhərində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

"VAZ-21015" markalı avtomobillə "Reno" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015" markalı avtomobilin sürücüsü Ceyhun Abbasov xəsarət alıb. Digər avtomobilin sürücüsü Nihat Məmmədov isə ciddi xəsarət almadığından xəstəxanaya müraciət etməyib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37