Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
“VAZ-21015” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 1977-ci il təvəllüdlü Nemət Qurbanov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, “Mercedes” markalı avtomobil toqquşmadan sonra yol kənarındakı maneə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.