Gəncədə 19 yaşlı tələbə dəm qazından zəhərlənərək ölüb

Gəncə şəhərində dəm qazın zəhərlənən 19 yaşlı qız ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 2007-ci il təvəllüdlü Ləman Əliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib, lakin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, L. Əliyeva Gəncədəki ali məktəblərdən birinin tələbəsi olub.

Digər xəbərlər