Gəncədə 17 yaşlı qız sirkə turşusundan zəhərlənib

Gəncə. 29 noyabr. REPORT.AZ/ Gəncə şəhərində 17 yaşlı qız sirkə turşusu içərək özünü zəhərləyib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. 

Belə ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü A.S. sirkə turuşusu içərək özünü zəhərləyib. O, xəstəxanaya çatdırılıb. Yaxınları qızın sirkə turşusunu bilməyərəkdən içdiyini söyləyirlər. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05