Gəncədə elektrik enerjisin verilişi bərpa olunub - YENİLƏNİB

Gəncə şəhərində elektrik enerjisinin verilməsində fasilə yaranmış ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərinin 3-cü mikrorayonu və həmin ərazini elektriklə təmin edən xətt üzərində olan digər ərazilərdə elektrik enerjisinin verilməsi 1 saatdan çox fasilədən sonra bərpa edilib.

22:05

Gəncə şəhərinin 3-cü mikrorayonu və bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, artıq 1 saata yaxındır ki, Gəncə şəhərinin 3-cü mikrorayonu və oranı elektrik enerjisi ilə təmin edən xətt üzərində olan digər ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Sakinlərin bildirdiyinə görə, elektrik enerjisinin verilməsində fasilələr tez-tez baş verir.

Qeyd edək ki, hazırda enerjinin verilişində fasilənin yaranmasına texniki problemin səbəb olduğu və həmin problemin aradan qaldırılması istiqamətində işlər aparıldığı bildirilir.

Digər xəbərlər