Gəncə şəhərində yol qəzası baş verib, iki nəfər xəsarət alıb

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Qəza nəticəsində, Şəmkir rayon sakini, 1964-cü il təvəllüdlü Zemfira Məmmədova və 1990-cı il təvəllüdlü Nicat adlı şəxs müxtəlif bədən xəsarətləri alıblar. 

Hər iki şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31