Gəncədə qadın mübahisə zamanı xəsarət aldı

Gəncə şəhərində 42 yaşlı qadın kəsici-deşici alətlə xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü C.Verdiyeva kəsici-deşici alətlə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir. Qadının mübahisə zəminində xəsarət aldığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47