Gəncə sakininin qolunu şüşə kəsib

Gəncə. 1 iyul. REPORT.AZ/ Gəncə şəhərində yerli sakin bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1997-ci il təvəllüdlü şəhər sakini Cəfərov Ceyhun Vəli oğlu qolunun çoxsaylı kəsilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan şəxsin vəziyyətinin orta-ağır olduğu bildirilir. Özünün dediyinə görə, onun qolunu ehtiyatsızlıqdan sınmış şüşə kəsib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39